Azərbaycanda avtomobillərin sayı və avtomobil qəzaları artdıqca onların sığortalanması vaxib məsələyə çevrilir.
FED.az xatırladır ki, kasko sığortası vətəndaşa məxsus avtomobilin tam dəyərini əhatə etməklə, avtomobilə dəyə biləcək zərəri tam olaraq qarşılayır.
Son illər kasko sığortaya maraq artmaqdadır. Mərkəzi Bankın məlumatına görə, 2023-cü ildə Azərbaycanda avtomobillərin kasko sığortası üzrə 54 milyon 871 min manat həcmində sığorta haqqı toplanıb, baş verən hadisələr üzrə isə 20 milyon 432 min manat həcmində sığorta ödənişi həyata keçirilib.
2022-ci illə müqayisədə sığorta yığımları 12 milyon manat, sığorta ödənişləri isə 4 milyon manat artıb.
Bununla yanaşı, FED.az xəbər verir ki, sığorta şirkətləri heç də bütün avtomobilləri sığorta etmir. Azərbaycan sığorta bazarında əsasən 2005, 2014-cü illərdən sonrakı dövrdə istehsal olunmuş maşınlar sığortalanır.
İli köhnə olan avtomobillərin risk daşıyıcısı olması və bazar dəyərinin aşağı olması, onların Kasko sığorta məhsulu almasında məhdudiyyət yaradır.
Avtomobil kommersiya məqsədi üçün – məsələn taksi fəaliyyəti - istifadə edilirsə, onun qəza riski artı rvə bu da sığortaya problem yaradır və bir çox sığorta şirkətləri bu avtomobilləri sığortalamaqdan imtina edirlər.
Üstəlik, avtomobil «Kasko» sığorta alarkən, kommersiya məqsədi (yəni taksi) üçün istifadə olunacağı gizlədilərsə, bu halda hadisə baş verən zaman, sığorta şirkətləri ödəniş etməkdən imtina edə bilərlər.
Sığorta şirkətlərinin ən çox «çəkindiyi» modellər «Prius», «Ravon» və «Saipa» avtomobilləridir. Bəzi şirkətlər bu modelləri ümumiyyətlə sığorta etmirlər.
FED.az sığorta şirkətləri üzrə hansı avtomobillərin kasko sığortaya cəlb olunmasını araşdırıb. Daha detallı cədvəldə: