Bir neçə il əvvəl Azərbaycanda kredit bumu yaşanan dövrdə ölkədə fəaliyyət göstərən sığorta şirkətləri kasko sığortası məhsuluna dair avtomobillərin istehsal tarixi üzrə müəyyən məhdudiyyətlər tətbiq etmişdi. Həmin dövrdə kreditlə avtomobil əldə edənlərin sayı çox olduğundan sığorta şirkətləri müştəri bolluğu yaşayırdı və ona görə də köhnə avtomobilləri kasko növü üzrə sığortalamağa o qədər də maraq göstərmirdi. Kreditlə götürülən avtomobillər məcburi sığortalandığına görə, sığorta şirkətləri heç müştəri axtarmırdılar, saəcə parnyor bank tapmaq kifayət edirdi – müştərilər özü sığopta şirkətinə üz tuturdular. Nəticədə sığopta şirkətləri köhnə avtomobillərə, hətta 2000-ci illər istehsalı olan maşınlara barmaqarası” baxırdılar.
Amma avtomobil kreditlərinin dayanması, bank və sığorta bazarındakı çətinliklər, müştərilərin azalması sığorta şirkətlərini öz qərarlarını dəyişməyə vadar edib. Nəticədə, şirkətlərin demək olar ki, hamısı 2000-ci illərin əvvəllərində buraxılan maşınları sığoptalamağa razıdırlar. Sığorta şirkətləri kasko üzrə avtomobillərin istehsal tarixinə olan mimimal tələbləri dəyişiblər. Bəzi sığorta şirkətləri hətta 1997-ci ilin avtomobilini də sığortalayır.
FED.az-ın kasko sığorta bazarında apardığı araşdırma göstərir ki, sığorta şirkətləri sırasında yalnız “Azərsığorta” şirkəti kasko üzrə avtomobillərə il limiti tətbiq etməyib. Bu şirkət istehsal tarixindən asılı olmayaraq istənilən ölkədə istehsal olunan bütün növ avtomobilləri kasko sığorta etməyə hazırdır. Digər sığorta şirkətlərində isə avtomobillərə minimal il tələbləri mövcudur.
Araşdırma zamanı məlum olub ki, avtomobilin istehsal tarixinə ən az minimal tələbi isə “Paşa Sığorta” şirkəti təyin edib. Şirkət artıq buraxılış ili 1997-ci il daxil olmaqla, həm Rusiya, həm də xaricdə istehsal olunan avtomobil vasitələrini kasko sığorta təklifini qəbul edir.
Minimal il tələbi ən yüksək göstərici “AzSığorta” və “Əmrah” sığorta şirkətindədir. Bu şirkətlər yalnız 2007-ci ildən sonra istehsal olunan avtobillərin kasko sığortasını həyata keçirir. Bazarda mövcud vəziyyəti nəzərə alan 13 iştirakçı isə, buraxılış ili 2000-ci il və daha yuxarı olan avtomobil vasitələrinin kasko sığortasını etməyə hazırdır.
Məlum olub ki, sığorta şirkətləri avtomobillər üzrə il tələbinin yüksək olmasını bir neçə amillə əsaslandırırlar. Bildirilir ki, bu amillərdən biri sığorta hadisəsi zamanı zərəri bərpa edərkən köhnə avtomobillərin ehtiyyat hissəsinin tapılmasında yaranan çətinliklərdir.
FED.az cədvəldə sığorta şirkətlərinin avto-kasko üzrə minimal il tələblərini təqdim edir.
Sığorta Şirkətləri | Avto-Kasko üzrə minimal il tələbi |
AzərSığorta | Limit yoxdur |
Paşa Sığorta | 1997 |
Atəşgah | 2000 |
MeqaSığorta | 2000 |
AtaSığorta | 2000 |
XalqSığorta | 2000 |
Rəvan Sığorta | 2000 |
QalaSığorta | 2001 |
AxaMbask | 2002 |
Günay Sığorta | 2002 |
Bakı Sığorta | 2002 |
Standart İnsurance | 2005 |
Azərbaycan Sənaye Sığorta | 2005 |
A-Group Sığorta | 2005 |
AzSığorta | 2007 |
Əmrah sığorta | 2007 |
Naxçıvan sığorta | - |