2023-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın sığorta və təkrarsığorta şirkətlərinin işlərin aparılması ilə bağlı xərcləri 196 milyon 670,4 min manat təşkil edib ki, bu da 2022-ci ilin 9 ayının göstəricisindən 34,5% çoxdur.
Ötən ilin 9 ayında Azərbaycanın sığorta sektorunun aktivləri - 19% ARTIB
FED.az xəbər verir ki, xərclərin 22,1%-i – 43 milyon 453,5 min manat (artım 49,4%) agentlərə komissiya haqqı ödənişlərinin payına düşüb.
62 milyon 803,6 min manat (artım 18,1%) və ya xərclərin 31,9%-i əmək haqlarının ödənilməsinə yönəldilib. Şirkətlərin əməliyyat xərcləri 9 milyon 592 min manat (artım 8,1%), sosial ayırmalar 10 milyon 510,2 min manat (artım 16%), icarə ödənişləri 6 milyon 62,6 min manat (artım 11,7%) təşkil edib.
Bundan başqa, sığorta sektoru reklama 3 milyon 409,8 min manat (artım 1,7 dəfə) yönəldib.
2022-ci ildə Azərbaycanın sığorta və təkrarsığorta şirkətləri agentlərə komissiya haqqı ödənişlərinə 43 milyon 606,3 min manat yönəldib (2021-ci illə müqayisədə azalma 19,7%). 2022-ci ildə sığorta və təkrarsığorta şirkətlərinin xərclərinin 20,9%-i agentlərə komissiya haqqı ödənişlərinin payına düşüb. (İnterfaks-Azərbaycan)