«Naxçıvansığorta» ASC-nin yeni ofisi istifadəyə verilib.
Eləcə də bax: Azərbaycanda sığorta şirkətinin sədri - VƏZİFƏSİNDƏN GEDİB
FED.az xəbər verir ki, 2014-cü ilin aprel ayından fəaliyyətə başlayan şirkət hazırda şirkət hazırda 5 könüllü sığorta növü üzrə xidmət göstərir. Bura əmlakın yanğından və digər əlavə risklərdən sığortası, fərdi qəza sığortası, yüklərin sığortası, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin könüllü sığortası, hüquqi şəxslərə təqdim edilən avtonəqliyyat vasitələrinin kasko sığortası daxildir.
Bu ilin may ayında Naxçıvan şəhərinin Heydər Əliyev prospekti 4 ünvanında şirkət üçün yeni ofis binası istifadəyə verilib. Müasir üslubda dizayn edilmiş, həmçinin yeni kompüter, server və digər avadanlıqlarla təchiz edilmiş bu binada vətəndaşların sığorta müqavilələri bağlaması, məsləhətlər alması və digər məsələləri həll etməsi üçün hər cür komfort və erqonomik şərait yaradılıb.
«Naxçıvansığorta»da çalışan işçilərin sırasına daha çox istedadlı iqtisadçı və müasir informasiya-kommunikasiya texnologiyalarından baş çıxaran bacarıqlı gənclərin qoşulması onun kadr potensialını daha da gücləndirərək öz əhatə dairəsini gələcəkdə daha çox genişləndirəcək»-deyə bildirilir.