Sığorta şirkətinin sədr müavini işdən çıxıb.
“Standart Insurance” sığorta şirkətinin İdarə Heyəti sədrinin birinci müavini Tural Əsgərov işdən çıxıb. FED.az xəbər verir ki, bu barədə qərar şirkətin Müşahidə Şurasının dünən keçirilən iclasında qəbul edilib. Şuranın qərarına görə Tural Əsgərov işdən öz istəyi ilə kənarlaşıb. Hələlik onun yerinə təyinatla bağlı məlumat verilməyib.
Maliyyə Bazarına Nəzarət Palatasından FED.az-a bu xəbəri təstiqləyiblər.
Xatırladaq ki, Tural Əsgərov “Standart Insurance” şirkətinin İdarə Heyətinin birinci müavini vəzifəsinə bir qədər əvvəl təyin olunmuşdu.