Bu gün “Xalq Həyat” sığorta şirkətinin İdarə Heyətinin sədr müavini Yusifzadə Aqşin Mehralı oğlu koronavirus xəstəliyindən həyatını itirib.
FED.az xəbər verir ki, 47 yaşlı Y.Aqşin 14 gün idi ki, 1 Nömrəli Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsində müalicə alırdı.
Qeyd edək ki, Y.Aqşin maliyyə sahəsində peşəkar fəaliyyəti ilə yanaşı, 2009-cu ildə İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən Kikboksinq üzrə dünya ikincisi olmuşdu.
FED.az komandası adından mərhumun ailəsinə və yaxınlarına Allahdan səbr diləyirik.
Allah rəhmət eləsin!





![Sığorta şirkətinin sədr müavini - [red]DÜNYASINI DƏYİŞDİ [/red] | FED.az](upload/news/small/120935.jpg)
![Sığorta şirkətinin sədr müavini - [red]DÜNYASINI DƏYİŞDİ [/red] | FED.az](upload/news/small/2839710.png)









