«AXA Mbask» sığorta şirkətinin rəhbərliyində yenilik var.
FED.az xəbər verir ki, Azərbaycanın tanınmış sığorta mütəxəssislərindən biri «AXA Mbask» şirkətinin idarə heyətinin üzvü Ceyhun Qurbanov şirkətdəki vəzifəsini tərk edir.
Eləcə də bax: "AXA MBASK" sığorta şirkəti işçilərinin sayını - 2 DƏFƏYƏ YAXIN AZALDIB
C.Qurbanov bu xəbəri FED.az-a təsdiqləyərək bildirib ki, vəzifəsindən çıması «AXA Mbask»ın Azərbaycanın sığorta bazarın tərk etməsi ilə əlaqədardır. Qeyd edək ki, C.Qurbanov «AXA Mbask» şirkətində 2007-ci ildən çalışır, 2010-cu ildən isə şirkətin İdarə heyətinin üzvü vəzifəsindədir. Sığorta sahəsində toplam 14 illik təcrübəsi olan mütəxəssis bundan sonra da fəaliyyətini sığorta bazarında davam etdirəcək.