Bir qədər əvvəl avtomobillərin icbari sığortası xidmətindən könüllü orlaraq imtina edən «Azsığorta» şirkətinin rəhbərliyi bu addımından təəssüflənmir.
Bu barədə FED.az-a şirkətin Müşahidə şurasının sədri, ölkənin məşhur sığorta mütəxəssisi Viladi Maniyev bildirib. Vaxtilə icbari sığbortadan imtinanın düzgün qərar olub olmadığı barədə suala cavab verən Vö.Maniyev bildirib ki «Şirkət rəhbərliyi buna təəssflənmir».
Xatırladaq ki, Azərbaycanın aparıcı sığorta şirkətlərindənolan «AZSIĞORTA» ASC avtomobillərin icbari sığortası (avtomobil sahiblərinin məsuliyyətinin icbari sığortası) bazarını 2022-ci ilin sentyabrında tərk edib. «AZSIĞORTA Direktorlar Şurası, avqustun 9-da biznes strategiyasında dəyişiklik etməklə Avtonəqliyyat Vasitəsi Sahiblərinin Mülki Məsuliyyətinin İcbari Sığortası üzrə satışlarını dayandırmaq qərarına gəlmişdir. Bu barədə tənzimləyici müvafiq qaydada məlumatlandırılmışdır»-deyə şirkətin həmin vaxt yaydığı açıqlamada bildirilirdi.
Ondan cəmi 1-2 ay sonra baş verənlər icbari sığorta bazarında baş verənlər bu sahədə böyük problemlərin olduğunu göstərdi. Xüsusilə icbari sığortanın zərərlərinə davam gətirə bilməyən şirkətlər kiçik mühərrikli avtomobillərin icbari sığortasına faktiki olaraq qadağa qoydular. Nəticədə ictimaiyyətdə yaranan böyük narazılıq yalnız Mərkəzi Bank və İcbari Sığorta Bürosunun birgə səyüləri ilə, yeni satış qaydalarını tətbiq etməklə aradan qaldırılıb.
Nəticə də şirkətlər yenə də böyük zərərlərlə dolu icbari sığortada qəzaya meylli və kiçik mühərrikli avtomobilləri istəməyərək sığortalamalı olublar.
Bu baş verənlərin fonunda «Azsığorta»nın icbari bazarı tərk etməsi vaxtında atılmış addım təsiri bağışlayır. «Əslində bu çoxdan hazırlanmış addım idi, biz ümumiyyətlə strategiyamızı dəyişdik»- deyə «Azsığorta»nın şefi bildirir.
Onun sözlərinə görə, «Azsığorta» şirkəti apvtomobillərin icbari sığortası bazarını tərk etsə də, digər icbari növlər üzrə sığorta xidməti göstərir: «Məsələn, indi biz icbari əmlak sığortası ilə məşğuluq».
Avtomobillərin könüllü sığorotasına gəlincə, V.Maniyevin sözlərinə görə, onsuz da ökədə avtomobillərni könüllü sığortası azdır, ona görə də «Azsığorta»da da könüllü portfel o qədər böyük deyil. Bu səbəbdən də icbaridən imtina etmək bu portfelə xələl gətirməyib. Şirkət rəhbəri bildirib ki, hazırda «Azsığorta» şirkəti üçün avtomobil sığortaları o qədər də aktual deyil, şirkət başqa sahələrə fokuslaknıb: «Məsələn, əmlak sığortası, könüllü məsuliyyət sığortası və aqrar sığorta. Bizim əsas diqqətimiz bu sahələrə yönəlib».
Hələlik «Azsığorta» 2022-ci ilin nəticələrini açıqlamasa da, V.Maniyev bildirib ki, 2022-ci ilin nəticələrindən razı qalıb: «Keçid dövrü olduğuna görə, biz strategiyamızın əsas nəticələrini bu ilin (yəni 2023-cü) ilin sonunda görməyi planlaşdırırıq və ümidvarıq ki, görəcəyik».