Bu ilin birinci yarısında “Bakı Sığorta”nın cəmi aktivləri 10 mln 731 min manat olub. Bu da ilin əvvəli ilə müqayisədə 2% çoxdur.
Hesabat dövründə şirkətin cəmi gəlirləri 858 mln manat , xərcləri isə 830 mln 121 min manat təşkil edib.
“Bakı Sığorta” bu ilin birinci yarısında 5 min 578 manat mənfəət vergisi ödədikdən sonra 22 min 312 manat xalis mənfəəti qalıb. Şirkətin mənfəət göstəricisi ötən ilin eyni dövrü ilə müqayisədə 13,3 dəfə azdır. Belə ki, ötən ilin birinci yarısında şirkətin mənfəəti 298 min 900 manat olub.