“AXA MBASK” sığorta şirkətinin işçilərinin sayı pandemiya dövründə 2 dəfəyə yaxın azalıb.
Eləcə də bax: Yeni sığorta şirkətini bu şirkətlər yaradıb - TAM SİYAHI
FED.az xəbər verir ki, sığorta şirkərinin işçi sayı 2020-ci ilin əvvəlində 24, I rübdə 1 nəfər artaraq 25 nəfər olsa da, II rübdə işçilərin sayı kəskin azalıb.
Belə ki, bu ilin iyulun 1-ə olan məlaumata görə, sığorta şirkətinin cəmi 13 nəfər işçisi var. Həmçinin, ötən ilin eyni dövründə şirkətin 47 işçisi vardı. Şirkətin işçi sayı 1 ildə 3,6 dəfə və ya 34 nəfər azalıb.
Şirkətin 6 ayda bütün filial və nümayəndəlikləri bağlanıb. Bu filial və nümayəndəlikləri Bakı, Gəncə, Şəki, Lənkəran, Sumqatyıt, Quba, Şamaxı və İmişli şəhərlərində yerləşirdi.
Filial və nümayəndəliklərin ləğvindən başqa, 2020-ci ildə keçirilən səhmda iclaslarında nizamnamə kapitalının azaldılması, İdarə Heyətinin üzvü Seda Bora vəzifədən azad edilməsi və Təftiş Komissiyasının sədri Özləm Zamanın yenidən təyin edilməsi qərarları alınmışdı.
“AXA MBASK” sığorta şirkəti 23 dekabr 1992-ci ildə qeydiyyata alınıb. Şirkətin səhmləri 100 %-lik payla İspaniyada yerləşən “Axa Seguros Generales Sa De Serguos Y”yə aiddir.