Sığortaçıda rəhbər vəzifəyə təyinatı nəzərdə tutulan namizədlər üçün attestasiya keçiriləcək.
FED.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” Qaydalarının 4.1-ci bəndinə əsasən sığortaçıda rəhbər vəzifəyə təyinatı nəzərdə tutulan namizədlər, müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər və aktuari şəhadətnaməsi almaq istəyən şəxslər attestasiyaya dəvət olunurlar.