«Paşa Həyat Sığorta» 2019-cu ilin nəticələrini açıqlayıb.
Eləcə də bax: İpoteka fondu özünə - SIĞORTA ŞİRKƏTLƏRİ SEÇDİ
FED.az şirkətin hesabatına istinadən xəbər verir ki, ötən il «Paşa Həyat Sığorta»nın gəlirləri 196 milyon 978,3 min manat, xərcləri isə 156 milyon 742,1 min manat təşkil edib.
2019-cu ildə şirkətin əməliyyat gəlirləri 212 milyon 243,6 min manat təşkil edib ki, bunun da 211 milyon 879,8 min manatı birbaşa sığorta haqları olub.
Bundan başqa, ötən il «Paşa Həyat Sığorta» təkcə investisiyalardan 24 962,8 min manat gəlir əldə edib. 40 milyon 360 min manat isə xalis sığorta ehtiyatlarının dəyişməsi nəticəsində itirilib.
Nəticədə şirkətin cəmi gəlirləri 196 milyon 978,3 min manat olub.
2019-cu ildə «Paşa Həyat Sığorta»nın əsas əməliyyat xərcləri 105 milyon 370 min manat olub. Bunun 99,5 milyon manatı sığorta ödənişləri kimi verilib. 4,7 milyon maat sığorta haqqı isə qaytarılıb.
Ötən il işlərin aparılmasına 51 milyon 351,1 min manat sərf edilib.
Nəticədə 2019-cu ildə «Paşa Həyat Sığorta»nın cəmi xərcləri 156 milyon 742,1 min manat, əməliyyat mənfəəti 40 milyon 236,2 min manat təşkil edib.
8 milyon 223 min manat məbləğində vergi ödənişini nəzərə alanda, şirkət ötən ili 32 milyon 13 min manat xalis mənfəətlə başa vurub.
Bu 2018-ci ilin göstəricisindən 10 milyon 753 min manat və ya 50,6% artıqdır. Xatırladaq ki, şirkət 2018-ci ili 21 milyon 260 min manat xalis mənfəətlə başa vurmuşdu.
2019-cu idjə «Paşa Həyat Sığorta»nın cəmi aktivləri 15,4% artaraq 400 milyon 125,7 min manat təşkil edib. Şirkətin kapitalı 18,4% artaraq 72 milyon 918 min manat olub. Bunun 40,2 milyon manatı nizamnamə kapitalı, 32,7 milyon manat isə bölüşdürülməmiş mənfətdir.
Ötən il «Paşa Həyat Sığorta»nın öhdəlikləri 14,7% artaraq 327,2 milyon manat olub.