“Meqa Sığorta” bu ilin birinci yarısına olan maliyyə hesabatını açıqlayıb. FED.az xəbər verir ki, şirkətin bu ilin birinci yarısına aktivləri 49 mln 380 min manat təşkil edib. Bu göstərici ilin əvvəli ilə müqayisədə 16.3% çoxdur.
Həmçinin hesabat dövründə şirkətin cəmi kapitalı da artıb. Belə ki, şirkətin cəmi kapitalı ilin əvvəli ilə müqayisədə 9.3% artaraq 26 mln 064 min manat təşkil edib.
Artan təkcə şirkətin cəmi kapitalı və aktivləri olmayıb. Həmçinin adı qeyd edilən şirkətin öhdəlikləri də artıb. Belə ki, bu ilin birinci yarısında şirkətin öhdəlikləri 23 mln 164 min manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 9.3% çoxdur.
Meqa Sığortanın ilin birinci yarısında gəlirləri 12 mln 303 min manat təşkil edib. Şirkətin xərcləri isə 9 mln 449 min manat olub.
Nəticədə şirkət bu ilin birinci yarısını 2 mln 283 min manat xalis mənfəətlə başa vurub.