Məlum olduğu kimi, Maliyyə Nazirliyinin Kollegiyasının 29 oktyabr 2013-cü il tarixli qərarı ilə Azərbaycanda sığorta şirkətlərinin minimum kapitalı ilə bağlı tələblər dəqiqləşib. Tələblərdə qeyd olunub:
Qeyri-həyat sığortası fəaliyyəti üzrə:
- fəaliyyətdə olan sığortaçılar üçün - 5 000 000 manat;
- yeni təsis edilən sığortaçılar üçün - 5 000 000 manat;
Eləcə də bax: Azərbaycanda könüllü sığorta 43%, icbari sığorta isə 6% artıb
Həyat sığortası fəaliyyəti üzrə:
fəaliyyətdə olan sığortaçılar üçün:
2015-ci ilin 01 yanvar tarixinədək - 5 000 000 manat;
2015-ci ilin 01 yanvar tarixindən etibarən - 6 500 000 manat;
2016-cı ilin 01 yanvar tarixindən etibarən - 8 000 000 manat;
2017-ci ilin 01 yanvar tarixindən etibarən - 10 000 000 manat;
yeni təsis edilən sığortaçılar üçün - 10 000 000 manat.
FED.az-ın Azərbaycan sığorta bazarı üzrə apardığı araşdırmaya görə, 2019-cu ilin yanvar ayının 1-nə olan göstəriciyə əsasən, bazarda kapitallaşma həcminə görə liderlik “Paşa Sığorta” (65,763 mln. AZN) şirkətinə məxsusdur. Məlum olub ki, bazarda fəaliyyət göstərən (təqdim olunmuş rəqəmlərə əsasən) yalnız 7 sığorta şirkətinin nizamnamə kapitalının həcmi 10-50 mln. manat arasında dəyişir. Qalan 8 sığorta şirkətinin kaptal həcmi 10 mln. manatdan aşağıdır.
Aşağıdakı cədvəldə şirkətlərin məcmu kapitalının həcminə görə mütləq göstəriciləri qeyd olunub.
Sığorta şirkətləri | Məcmu Kapital (AZN) |
Paşa Sığorta | 65 762 811 |
Xalq Sığorta | 23 938 947 |
“AXA MBASK” | 23 934 000 |
AzSığorta | 20 989 775 |
Xalq Həyat | 15 000 000 |
“Meqa Sığorta” | 14 500 000 |
Qala Həyat | 12 754 289 |
Bakı Sığorta | 9 278 862 |
İpək Yolu Sığorta | 8 772 000 |
A-Group | 7 854 286 |
Azərbaycan Sənaye Sığorta | 6 868 000 |
Qala Sığorta | 6 559 820 |
Rəvan Sığorta | 5 918 190 |
AtaSığorta | 5 482 565 |
Günay Sığorta | 5 000 802 |
Atəşgah Sığorta | - |
Atəşgah Həyat | - |
“Standard Insurance” * | - |
Naxçıvan Sığorta | - |
Azərsığorta Dövlət Sığorta Kommersiya Şirkəti * | - |
PAŞA Həyat | - |
(*) Qeyd edək ki, “Standard Insurance”, “Azərsığorta” Dövlət Sığorta Kommersiya şirkəti məcmu kapitalla bağlı rəqəmi təqdim etməkdən imtina ediblər.
Digər şirkətlər isə sözügedən rəqəmi müstəqil auditor rəyinin nəticəsindən sonra, təxminən cari ilin aprel ayının əvvəlində təqdim edəcəklərini bildirib.