Sığorta sektorunun zərərlilik dərəcəsi 2 f.b azalıb.
FED.az xəbər verir ki, bu, Mərkəzi Bankın dərc etdiyi 2024-cü ilin 1-ci yarımili üzrə Maliyyə Sabitliyi Hesabatında bildirilir.
2024-cü ilin I yarimilində ötən ilin müvafiq dövrünə nəzərən sığorta sektorunun zərərlilik dərəcəsi 2 f.b aşağı düşərək 78% olub.
Yüksək bazar payına sahib bir neçə sığorta siniflərində zərər əmsalının aşağı düşməsi sığorta sektorunun zərərlilik dərəcəsinin aşağı enməsinə təsir edib.