2023-ci ilin I yarımilində sığorta sektorunda aktivlərin komponentləri üzrə dövlət qiymətli kağızların payı 757 milyon manata çatıb.
FED.az xəbər verir ki, bu ötən ilin sonu ilə müqayisədə 125 milyon manat (19,8%) çoxdur.
Belə ki, ötən ilin sonunda qiymətli kağızların payı 632 milyon manat idi.