“Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı”nın 5.4.1-ci bəndinin icrası ilə əlaqədar olaraq “Azərbaycan Sığortaçılar Assosiasiyası” İçtimai Birliyinin tərkibində maarifləndirmə və təbliğat-təşviqat üzrə strategiyanın hazırlanması üçün yaradılmış işçi qrupunun növbəti iclası keçirilib.
"FED.az" ASA-ya istinadən xəbər verir ki, iclasda sığorta sektorunda maarifləndirmə və təbliğat işlərinin aparılması ilə əlaqədar tədbirlər planı ilə bağlı görüləcək işlər barədə ətraflı müzakirələr aparılıb. Yaradılmış işçi qrupu 4 alt qrupa bölünübr. Hər bir qrup üzrə fəaliyyət istiqamətləri aşağıdakı mövzular üzrə müəyyən olunub:
- Sığorta biliklərinin mənimsənilməsi üçün ölkənin bütün təhsil ocaqlarında təlimlərin, forumların və gənclərlə görüşlərin keçirilməsi və sığorta hadisələrinin qarşısının alınmasının stimullaşdırılması ilə bağlı tədbirlərin təşkili.
- Ümumilikdə sığorta anlayışı ilə bağlı bəsit sığorta biliklərini formalaşdıran, insanlara sığortanın nə demək olduğunu izah edən maarifləndirici videoçarxların hazırlanması.
- Real müştərilərin iştirakı ilə sığortanın vacibliyini, imkanlarını və üstünlüklərini təcəssüm etdirən videoçarxların hazırlanması.
- Televiziya və Radio yayımlarında sığortanın təşviqi, tematik verlişlərin hazırlanması.
- Hamı tərəfindən tanınan və çox izlənilən sosial-aktiv insanların iştirakı ilə sosial mediada sığorta savadının artırılması, müxtəlif müsabiqə və yarışların keçirilməsi.