"Sığorta bazarının tənzimləmə çərçivəsinin təkmilləşdirilməsi qabaqcıl təcrübəyə uyğunlaşdırılması ilə bağlı Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində İCP prinsipləri uyğunluğunun diaqnostikası aparılıb".
FED.az xəbər verir ki,, bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.
Sənəddə qeyd olunub ki, aşkarlanmış kənarlaşmaların aradan qaldırılması ilə bağlı tədbirlər planı müəyyən edilib.
2017-ci ildə sığorta sektorunun cəmi aktivləri əvvəlki illə müqayisədə 1,1% (11,2 mln. manat) artaraq 1,006 milyard manat təşkil edib. Aktivlərin 35,7%-i (0,4 mlrd. manat) bank depozitlərində cəmlənib.
Ümumilikdə, 2017-ci il ərzində sığorta sektorunun fəaliyyəti 21 sığortaçı, 1 təkrarsığortaçı, 23 sığorta brokeri və 753 sığorta agenti vasitəsilə təmin edilib.