Azərbaycan Mərkəzi Bankının (AMB) Kollegiyası “Sığorta sahəsində attestasiyanın təşkili və keçirilməsi Qaydası”nda dəyişiklik edib.
AMB-nin baş direktoru: "Yeni qayda icbari avtosığorta ilə bağlı şikayətləri azaldıb"
FED.az xəbər verir ki, qərara əsasən, bundan sonra hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin icra orqanının rəhbəri, eləcə də fiziki şəxs olan sığorta vasitəçisi 5 ildən bir attestasiyadan keçəcək. İndiyə qədər bu müddət 3 il idi.
Bundan başqa, attestasiyadan müvəffəqiyyətlə keçmiş sığortaçının rəhbər işçisi növbəti dövrlərdə sığorta sektorunda ardıcıl üç il müvafiq vəzifədə işləmədiyi hallarda, həmin şəxsin təkrar attestasiyadan keçməsi tələb olunmayacaq.
AMB-nin Hüquq departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.