Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin mart ayı üzrə ödənişlərinin yarısı bir şirkətin payına düşüb.
Eləcə də bax: Azərbaycanda sığorta ödənişlərinin 76%-i - 5 ŞİRKƏTİN PAYINA DÜŞÜR
FED.az xəbər verir ki, bu barədə FED.az RENKİNQ-in mart ayı üzrə ödəniş renkinqində məlum olub. Hesablamaya görə, mart ayında sığorta şirkətləri ümumilikdə 27 770 min manat sığopta ödəniqi ediblər. Onun 13,5 milyon manatı «Paşa Həyat Sığorta»nın payına düşüb.
6 471 min manat sığorta ödənişi edən «Paşa Sığorta» şirkəti isə ikinci pillədədir. Üçüncü yeri tutan «Atəşgah» sığopta şirkəti 1153 min manat ödəniş edib. Sığorta şirkəti davam etdirib.
Bu ilin mart ayında ən az sığorta ödənişi edən şirkət «Bakı Sığorta» olub - 12 min manat. «Naxçıvansığorta» və «Xalq Həyat» şirkətləri isə bu dövrdə sığorta ödənişi etməyib.