2025-ci ilin ilk beş ayında sığorta bazarında ödənişlərin ümumi həcmi ötən illə müqayisədə 19,4% artsa da, ayrı-ayrı şirkətlərin dinamikası kəskin fərqlənib.
FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, bəzi şirkətlər ödənişlərini dəfələrlə artıraraq diqqət mərkəzinə düşüb.
Ödəniş artımı üzrə reytinqin mütləq və heyrətamiz lideri "Meqa Həyat Sığorta" ASC olub. Şirkətin ödənişləri ötən ilin cəmi 83 min manatlıq göstəricisindən 24,7 dəfə (1 milyon 970 min manar) artaraq 2 milyon manatı keçib.
Yüksək artım nümayiş etdirən digər şirkətlər "Atəşgah" (+92,1% və ya 7 milyon 969 min manat), "Qala Sığorta" (+80,9% və ya 4 milyon 587 min manat) və "Aqrar Sığorta" (+62,3% və ya 1 milyon 594 min manat) olub.
"Azərbaycan Sənaye Sığorta" ASC-nin ödənişlərində isə 37,2%, başqa sözlə 1 milyon 380 min manat artım baş verib.
Bazar lideri "Paşa Həyat" ödənişlərini 22,6% artıraraq, mütləq ifadədə bazara ən böyük təsiri göstərib – şirkətin ödənişləri 32,7 milyon manat artıb.