Bu ilin 3 ayının nəticələrinə görə Azərbaycanda sığorta ödənişlərində artım olan sığrota şirkətlərinin adları məlum olub.
FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq hesabata istinadən xəbər verir.
Belə ki, hesabat dövründə ən çox sığrota ödənişləri ən kəskin artan şirkət 17,4 dəfə və ya 666 min manatla "Meqa Həyat Sığorta" şirkəti olub.
İkinci pillədə 85,6% və ya 3,8 milyon manat artımla "Atəşgah Həyat” Sığorta Şirkəti gəlir.
Ödənişlərində “Qala Sığorta" Şirkəti 72,2% (2,2 milyon manat) artımla üçüncü olub.
"Azsığorta" Şirkətinin müştərilərə ödədiyi məbləğin həcmi isə son bir il ərzində 34% (106 min manat) artıb.
"Xalq Həyat Sığorta"nın sığorta ödənişlərində ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,5% başqa sözlə 454 min manat artım baş verib və şirkət 6-cı yeri tutub.