Bu ilin ötən ilin nəticələrinə görə Azərbaycanda sığorta ödənişlərində ən kəskin artım olan sığrota şirkətlərinin adları məlum olub.
FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq hesabata istinadən xəbər verir.
Belə ki, hesabat dövründə ən çox sığrota ödənişləri ən kəskin artan şirkət 68,5 dəfə və ya 1 milyon 13 min manatla "Meqa Həyat Sığorta" şirkəti olub.
İkinci pillədə 2,1 dəfə və ya 27,5 milyon manat artımla "Atəşgah Həyat” Sığorta Şirkəti şirkəti gəlir.
Ödənişlərində "Meqa Sığorta" ASC 75% (6,7 milyon manat) artımla üçüncü olub.
"Atəşgah” Sığorta Şirkəti ASC-nin sığorta ödənişlərində 75% və ya 12,4 milyon manat artım baş verib.
"Xalq Həyat" Sığorta Şirkətinin müştərilərə ödədiyi məbləğin həcmi isə son bir il ərzində 70% (2,45 milyon manat) artıb.
"Paşa Həyat Sığorta"nın sığorta ödənişlərində ötən ilin müvafiq dövrü ilə müqayisədə 57% başqa sözlə 152,6 milyon manat artım baş verib və şirkət 6-cı yeri tutub.
“Aqrar” Sığorta Şirkətinin ödənişləri 45% və ya 2 milyon manat artıb.
"Ata Sığorta"da ödənişlərin məbləğində 34%, başqa sözlə 1 milyon manat artım qeydə alınıb.
"Qala Həyat Sığorta"da isə artım 26% (892 min manat) təşkil edib.