Bu ilin 10 ayının nəticələrinə görə Azərbaycanda sığorta ödənişlərində ən kəskin artım olan sığrota şirkətlərinin adları məlum olub.
FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq hesabata istinadən xəbər verir.
Belə ki, hesabat dövründə ən çox sığrota ödənişləri ən kəskin artan şirkət 51,4 dəfə və ya 689 min manatla "Meqa Həyat Sığorta" şirkəti olub.
İkinci pillədə 2,9 dəfə və ya 3,4 milyon manat artımla "Xalq Həyat" Sığorta şirkəti gəlir.
Ödənişlərində "Aqrar Sığorta" ASC 2,9 dəfə (2,6 milyon manat) artımla üçüncü olub.
"Atəşgah Həyat” Sığorta Şirkəti ASC-nin sığorta ödənişlərində 86% və ya 18,8 milyon manat artım baş verib.
“Meqa” Sığorta Şirkətinin müştərilərə ödədiyi məbləğin həcmi isə son bir il ərzində 59% (5,2milyon manat) artıb.
"Qala Sığorta"nın sığorta ödənişlərində ötən ilin müvafiq dövrü ilə müqayisədə 68% başqa sözlə 5 milyon manat artım baş verib və şirkət 5-ci yeri tutub.
"Paşa Həyat Sığorta"da ödənişlərin məbləğində 56%, başqa sözlə 128 milyon manat artım qeydə alınıb.
"Paşa Sığorta"da isə artım 50% (38,5 milyon manat) təşkil edib.
Bununla belə isə bir neçə sığorta şirkətində isə azalma baş verib. Məsələn, "Azsığorta"da azalma 5,4 dəfə və ya 5,5 milyon manat, "Xalq Sığorta"da 2,3 dəfə və ya 11,2 milyon manat, "Bakı Sığorta"da isə 43% və ya 1,1 milyon manat səviyyəsində olub.