Bu ilin 9 ayının nəticələrinə görə Azərbaycanda sığorta ödənişlərində ən kəskin artım olan sığrota şirkətlərinin adları məlum olub.
FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq hesabata istinadən xəbər verir.
Belə ki, hesabat dövründə ən çox sığrota ödənişləri ən kəskin artan şirkət 51,3 dəfə və ya 689 min manatla "Meqa Həyat Sığorta" şirkəti olub.
İkinci pillədə 3,6 dəfə və ya 3,5 milyon manat artımla "Xalq Həyat" Sığorta şirkəti gəlir.
Ödənişlərində "Aqrar Sığorta" ASC 2,7 dəfə (2,4 milyon manat) artımla üçüncü olub.
"Atəşgah Həyat” Sığorta Şirkəti ASC-nin sığorta ödənişlərində 93% və ya 17,8 milyon manat artım baş verib.
"Qala Sığorta"nın sığorta ödənişlərində ötən ilin müvafiq dövrü ilə müqayisədə 63% başqa sözlə 4,4 milyon manat artım baş verib və şirkət 5-ci yeri tutub.
“Meqa” Sığorta Şirkətinin müştərilərə ödədiyi məbləğin həcmi isə son bir il ərzində 59% (3,9 milyon manat) artıb.
"Paşa Həyat Sığorta"da ödənişlərin məbləğində 59%, başqa sözlə 117 milyon manat artım qeydə alınıb.
"Paşa Sığorta"da isə artım 53% (35,6 milyon manat) təşkil edib.
Bununla belə isə bir neçə sığorta şirkətində isə azalma baş verib. Məsələn, "Azsığorta"da azalma 5,7 dəfə və ya 5,4 milyon manat, "Xalq Sığorta"da 3,8 dəfə və ya 20,3 milyon manat, "Bakı Sığorta"da isə 2,3 dəfə və ya 10,3 milyon manat səviyyəsində olub.