Bu ilin I yarsında Azərbaycanda sığorta ödənişlərində ən kəskin artım olan sığrota şirkətlərinin adları məlum olub.
FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq hesabata istinadən xəbər verir.
Belə ki, hesabat dövründə ən çox sığrota ödənişləri ən kəskin artan şirkət 17,4 dəfə və ya 111 min manatla "Meqa Həyat Sığorta" şirkəti olub.
İkinci pillədə 3,5 dəfə və ya 2,2 milyon manat artımla "Xalq Həyat" Sığorta şirkəti gəlir.
Ödənişlərində 2,6 dəfə, başqa sözlə 146 min manat artım olan "İpək Yolu Sığorta" üçüncü olub.
"Aqrar Sığorta" ASC 2,4 dəfə (1,7 milyon manat) artımla dördüncü yerdə qərarlaşıb.
"Qala Həyat Şirkəti"nin sığorta ödənişlərində ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə və ya 1,7 milyon manat artım baş verib və şirkət 5-ci yeri tutub.
“Atəşgah Həyat” Sığorta Şirkətinin müştərilərə ödədiyi məbləğin həcmi isə son bir il ərzində 2,1 dəfə artıb