Bu ilin ötən ilin nəticələrinə görə Azərbaycanda sığorta ödənişlərində artım olan sığrota şirkətlərinin adları məlum olub.
FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq hesabata istinadən xəbər verir.
Belə ki, hesabat dövründə ən çox sığrota ödənişləri ən kəskin artan şirkət 20,1 dəfə və ya 647 min manatla "Meqa Həyat Sığorta" şirkəti olub.
İkinci pillədə 2,1 dəfə və ya 569 min manat artımla "Qala” Sığorta Şirkəti gəlir.
Ödənişlərində “Atəşgah” Sığorta Şirkəti 2,1 dəfə (1,8 milyon manat) artımla üçüncü olub.
"Azərbaycan Sənaye Sığorta" Şirkətinin müştərilərə ödədiyi məbləğin həcmi isə son bir il ərzində 65,5% (840 min manat) artıb.
"Xalq Həyat Sığorta"nın sığorta ödənişlərində ötən ilin müvafiq dövrü ilə müqayisədə 57,7% başqa sözlə 795 min manat artım baş verib və şirkət 5-ci yeri tutub.
“Azsığorta" Şirkətinin ödənişləri 24% və ya 61 min manat artıb.
"Paşa Həyat Sığorta"da isə artım 17,7% (9,2 milyon manat) təşkil edib.
"Meqa Sığorta"da 15,7% (306 min manat), "AtasSğorta"da 7,1% (45 min manat) artım baş verib.
"Paşa Sığorta"da isə artım 5,2% (944 min manat) təşkil edib.