Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) sürücüləri diqqətli olmağa çağıran «Məsafə saxla» sosial layihəsinə start verib.
FED.az xəbər verir ki, layihədə məqsəd avtomobili idarə edərkən sürücülərin sosial şəbəkələrdən və telefondan istifadəsini azaltmaqdır.
Eləcə də bax: Azərbaycanın sığorta bazarında - YENİLİK OLACAQ
Burada Facebook, İnstagram, Whatsapp kimi sosial şəbəkələrdən istifadənin təhlükəli olduğu vurğulanır. Müşahidələr göstərir ki, Azərbaycanda baş verən qəzaların bir hissəsi məhz sürücülərin telefondan istifadəsi səbəbindən baş verir.