“Sığorta haqqında” qanuna “Aqrar sığorta sistemi” adlı yeni maddə əlavə edilir.
FED.az xəbər verir ki, qanun layihəsi Milli Məclisin Aqrar siyasət komitəsinin dünən keçirilən onlayn iclasında müzakirə edilib.
Eləcə də bax: Aqrar sığortanın əhatə edəcəyi fermerlərin sayı - AÇIQLANIB
“Sığorta haqqında” qanuna “Aqrar sığorta sistemi” adlı yeni maddənin əlavə edilməsi “Aqrar sığorta haqqında” 27 iyun 2019-cu il tarixli qanunla əlaqədardır. “Aqrar sığorta haqqında” qanunda aqrar sığorta sistemi əhatəli formada əksini tapıb. Beləliklə, “Aqrar sığorta sistemi” adlı yeni maddə əlavə edilməsi ilə “Sığorta haqqında” qanun ümumi şəkildə aqrar sahəni də əhatə edəcək.
Qeyd edək ki, aqrar sığorta sistemi kənd təsərrüfatı və akvakultura məhsullarının istehsalçısının qanunla müəyyən edilmiş əmlak mənafelərinin könüllü sığorta əsasında müdafiəsi sahəsində riskin ötürülməsinə və bölüşdürülməsinə əsaslanan münasibətlər sistemidir. Aqrar sığortanın predmeti kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları (çoxillik əkmələr və onların məhsulu daxil olmaqla), kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlar və akvakultura məhsulu sayılır.
Apa