Azərbaycanın sığorta bazarında təmərküzləşmə prosesi yenidən sürətlənib.
Eləcə də bax: Sığorta yığımlarına görə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR 2020)
FED.az xəbər verir ki, 2020-ci ilin yanvarında ölkənin sığorta bazarında 111 milyon 550 min manat təşkil edib ki, bunun yarıdan çoxu bir şireətin payına düşüb.
«Paşa Sığorta» şirkəti yanvarda 56 milyon 578 min manat sığorta haqqı toplayıb ki, bu da ölkə üzrə bütün yığımların 50,72%-ni təşkil edir.
İlk 5 yeri tutan şirkətlər isə «Paşa Həyat», «İpək Yolu Sığorta», «Qala Sığorta» və Atəşgah» ümumilikdə 90 milyon 64 min manat sığorta haqqı toplayaraq bazarda 81% paya malikdirlər.
Qeyd edək ki, ötən ilin eyni dövründə ilk 5 yeri tutan şirkət bazarda 77,6% paya malik idi.