Banner

Sığorta

«Sığorta fəaliyyəti haqqında» - QANUN DƏYİŞDİ

«Sığorta fəaliyyəti haqqında» - QANUN DƏYİŞDİ | FED.az
17:41 2 May 2019

Prezident İlham Əliyev sığorta fəaliyyəti haqqında qunana dəyişiklikləri təsdiqləyib. FED.az xəbər verir ki, dəyəşikliklər qanunun 119-cu maddəsinə - Sığortaçının kreditorlarının tələblərinin ödənilməsinin növbəliliyinə aiddir.

Qanunun 119.1.4-1-ci maddəyə “əmlakının” sözündən sonra “ipoteka və ya” sözləri və “kreditorların” sözündən sonra “bu Qanunun 119.3-cü maddəsinə uyğun olaraq ödənilməmiş” sözləri əlavə edilsin.

Dəyişiklikdən sonra həmin maddə belədir:

119.1. Sığortaçı ləğv edildikdə onun kreditorlarının sığortaçı tərəfindən qəbul edilən tələbləri aşağıdakı qaydada ödənilir:

119.1.4-1. beşinci növbədə sığortaçının əmlakının ipoteka və ya girov qoyulması ilə təmin edilmiş öhdəliklər üzrə kreditorların bu Qanunun 119.3-cü maddəsinə uyğun olaraq ödənilməmiş tələbləri.

Qanunun 119.3-cü maddəsində isə “əmlakının” sözündən sonra “ipoteka və ya” sözləri əlavə edilsin

Eləcə də, aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Təminat kreditorların tələbini tam ödəmədikdə, ödənilməmiş məbləğ bu Qanunun 119.1.4-1-ci maddəsində müəyyən edilmiş növbəliliklə ödənilir.”.

Dəyişiklikdən sonra həmin maddə belədir:

119.3. Sığortaçının ləğvetmə prosesi ilə bağlı xərcləri və onun əmlakının ipoteka və ya girov qoyulması ilə təmin edilmiş öhdəliklər üzrə həmin təminatın məbləği həddində kreditorların tələbləri növbədənkənar ödənilir. Təminat kreditorların tələbini tam ödəmədikdə, ödənilməmiş məbləğ bu Qanunun 119.1.4-1-ci maddəsində müəyyən edilmiş növbəliliklə ödənilir.

Digər xəbərlər

Banner