Azərbaycan sığortası bazarının aparıcı şirkətlərindən olan “Meqa Sığorta”nın bu gün fəaliyyətə başlamasının 14 ili tamam olur. Bu müddət ərzində şirkətin peşəkar komandası tərəfindən bir çox uğurlara imza atılıb.
FED.az xəbər verir ki, 2010-cu ildə təsis edilmiş "Meqa Sığorta" ASC, peşəkar yanaşma, yüksək etibarlılıq, xidmətlərin keyfiyyəti, fərdi və korporativ müştərilərə təklif olunan geniş çeşidli sığorta məhsulları, həmçinin, qabaqcıl beynəlxalq idarəetmə sistemlərinin tətbiqi nəticəsində Azərbaycan sığorta bazarının liderlərindən birinə çevrilib.
Şirkətin fəaliyyətinin şəffaflığını, yüksək maliyyə sabitliyini, sürətli inkişafını təmin etməyə yönəlmiş strategiyasını həyata keçirmək məqsədi ilə "Meqa Sığorta" ASC hər il Beynəlxalq Maliyyə Hesabatı Standartlarına (MHBS) uyğun olaraq dünyanın aparıcı auditor şirkətləri tərəfindən audit olunur və həmçinin SGS şirkəti tərəfindən təsdiqlənmiş ISO 9001 beynəlxalq standartına uyğun olaraq Keyfiyyət İdarəetmə Sistemini tətbiq edir.
Şirkət fəaliyyəti dövründə müştərilərin sığorta məhsullarına əlçatanlığını təmin etmək üçün, eləcə də müştəri sorğularının operativ cavablandırılması məqsədi ilə Bakı ofisləri ilə yanaşı, Azərbaycanın müxtəlif bölgələrində filial və nümayəndəlik şəbəkəsi yaradıb.
“Meqa Sığorta” 14 illik fəaliyyəti müddəti ərzində bir sıra uğur və nailiyyətlər əldə edib. Şirkət qısa zamanda ərzində uğurlu fəaliyyəti ilə Azərbaycan sığorta bazarının brend oyunçusuna çevrilə bilib.
Həmçinin rəhbərliyin düzgün istiqamətə yönəltdiyi strategiya xətti qısa zaman ərzində şirkətin əsas maliyyə göstəricilərinin artmasına, o cümlədən yığım portfelinin kəskin şəkildə genişlənməsinə, eləcə də peşəkar və çevik bir komandanın yaranmasına gətirib çıxarıb. Bu müddət ərzində yığımlarının həcminin kəskin artması, müştərilərə vaxtında və operativ qaydada verilən sığorta ödənişləri “Meqa Sığorta”nı bazarın imicli və etibarlı şirkətinə çevirib.
Təkcə bu ilin yanvar-avqust aylarında şirkət 25 milyon manata yaxın sığorta haqqı toplayıb ki, bu da son bir illə müqayisədə 2,533 miyon manat və ya başqa sözlə desək 12% artım deməkdir. Son illər ərzində yığımların bu dinamika ilə artımı düzgün strrategiya və hədəflərin müəyyən olunması, eyni zamanda şirkətdə peşəkar menecerlərdən ibarət satış komandasının formalaşmasının göstəricisidir. Bununla yanaşı, əvvəlki illərdən fərqli olaraq son illər ərzində şirkətin bazar mövqeyi də güclənib. Belə ki, cari ilin 8 ayında “Meqa Sığorta” ASC sığorta şirkətləri arasında yığımların həcminə görə 6-cı, dinamikasına görə 7-cı pillədə qərarlaşıb.
Yığımlardan başqa, şirkət fəaliyyəti dövründə müştərilərin ödəniş məsələlərinə də daim ciddi yanaşıb. Müştərilərinə sığorta ödənişlərini qanunvericiliyin tələbinə uyğun qaydada və operativ şəkildə həyata keçirən şirkət 8 ayda 8,691 milyon manat həcmində ödəniş verib. Ümumiyyətlə, sığorta ödənişlərinin vaxtında verilməsi, eləcə də ödənişlərin yığılmlara nisbəti normal olduğu halda müştərilər bu şirkətə daha çox etibar edir. Bu baxımdan da “Meqa Sığorta” şirkətində sığorta ödənişləri son bir il ərzində 55% artıb. Yəni şirkət zərərçəkmiş müştərilərinə qeyd olunan dövr ərzində əlavə olaraq 3,090 milyon manat vəsait ödəyib.
Qeyd edək ki, “Meqa Sığorta” ASC 2010-cu ildən fəaliyyət göstərir və hüquqi və fiziki şəxslərə 35 növ könüllü və icbari sığorta məhsulları, eləcə də 100% səhmdarı olduğu “Meqa Həyat Sığorta” ASC vasitəsi ilə həyat sığortası üzrə sığorta xidmətləri göstərir. Şirkət Bakı və Azərbaycanın müxtəlif regionlarında 16 filial və nümayəndəlik şəbəkəsi, *8778 Çağrı Mərkəzi və https://meqasigorta.az/online onlayn satış platforması ilə müştərilərin xidmətindədir.
FED.az komandası olaraq, “Meqa Sığorta” şirkətinin rəhbərliyini və kollektivini təbrik edir edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.