2018-ci ilin yanvar-fevral ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 130.2 mln. manat məbləğində sığorta haqları toplanmış, 40.5 mln. manat məbləğində sığorta ödənişi aparılmışdır.
Maliyyə Bazarlarına Nəzarət Palatasından FED.az-a verilən məlumata görə, ilin il kiki ayında könüllü sığorta bazarı üzrə haqlar 106.8 mln. manat, ödənişlər isə 29.6 mln. manat təşkil etmişdir. İcbari sığorta bazarı üzrə haqlar 23.4 mln. manat, ödənişlər isə 10.9 mln. manat olmuşdur.
2018-ci ilin yanvar-fervral ayları ərzində sektor üzrə məcmu sığorta haqlarının 82%-i könüllü, 18%-i isə icbari sığorta növlərinin payına düşmüşdür. Sığorta ödənişlərinin 73%-i könüllü, 27%-i isə icbari sığorta növləri hesabına formalaşmışdır.
2018-ci ilin yanvar-fevral ayları ərzində sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar sığorta bazarının icmal göstəricilərində öz əksini tapıb.