Azərbaycanın təkrarsığorta bazarında yeni bir şirkətin yaranacağı barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) bəyanatlarından artıq bir ilə yaxın vaxt keçir. 2018-ci ilin əvvəlindən isə tənzimləyici qurum sığorta bazarına ciddi mesajlar göndərməkdə davam edir.
Ümumiyyətlə, Palata bank və sığorta sektorunda riskləri diversifikasiya etməyə çalışır. Buna görə də sektorda təkrarsığorta ilə bağlı inhisarçılığın aradan qalxmasına dair təkliflərin olacağı da gözlənilir. Palatadan FED.az-a verilən məlumata görə, bu sahədə çalışmaq üçün rəsmi müraciət hələki yoxdur.
Qeyd edək ki, hazırda Azərbaycanda yalnız bir təkrarsığorta şirkəti Azre fəaliyyət göstərir. Sığorta şirkətləri topladıqları sığorta haqqlarının bir hissəsini Azre-yə yönəldərək öz risklərini də sığorta edirlər.
Azərbaycanın sığorta bazarının kiçik olduğunu nəzərə alsaq, ikinci bir təkrarsığorta şirkəti bizə lazımdırmı? Sualımızı sığorta bazarında ekspert Xəyal Məmmədxanlıya ünvanladıq.
Onun sözlərinə görə, sığorta bazarının böyük bir hissəsi bir qrupun əlində cəmləşib. Qanuni baxımdan isə demək olar ki, Azre bazarda inhisarçıdır: “Əvvəllər sığorta şirkətləri həm sığorta, həm də təkrarsığorta ilə məşğul olurdular. Sonradan qanunla bu, qadağan olundu. Hazırki sığorta bazarını təhlil etsək, bilirsiniz ki, o qədər də böyük deyil. Azre özü belə tam gücü ilə işləmir”.
Sığorta bazarında “Azre”yə rəqib gələcəkmi?
16:35
27 Fev 2018