2019-cu ilin yanvar ayında ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 88.2 mln. manat məbləğində sığorta haqları toplanıb, 17.2 mln. manat məbləğində sığorta ödənişləri həyata keçirilib.
FED.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, yanvar ayında könüllü sığorta bazarı üzrə haqlar 72.6 mln. manat, ödənişlər isə 10.8 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 15.6 mln. manat, ödənişlər isə 6.4 mln. manat olub.
2019-cu ilin yanvar ayında sektor üzrə məcmu sığorta haqlarının 82.3%-i könüllü, 17.7%-i isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin isə 62.8%-i könüllü, 37.2%-i icbari sığorta növləri hesabına formalaşıb.
2019-cu ilin yanvar ayı ərzində sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar sığorta bazarının icmal göstəricilərində öz əksini tapıb.
Sığorta bazarında il necə başlayıb - RƏQƏMLƏR AÇIQLANDI
19:51
22 Fev 2019