Azərbaycanın sığorta bazarında həyat sığortasının payı azalmağa başlayıb. 2017-ci ildən başlayan sürətli artım , sonradan geriləmə ilə əvəz olunub.
FED.az xəbər verir ki, 2017-ci ildə həyat sığorta sinifləri üzrə yanvar-iyul aylarının nəticəsinə görə, həyat sığortasının ölkə sığorta bazarının 25% nə sahib olub. 2018-ci ilin 7 ayında isə bu göstərici 45%, 2019-cu ildə isə bu göstərici azalaraq 38%təşkil edib.
Aşağıdakı qrafikdən son 3 ilin 7 ayı üzrə göstəriciləri ilə tanış olmaq olar.