Azərbaycanda sığopta vasitəçiləri üçün attestasiya keçiriləcək.
FED.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, sığorta vasitəçiliyi fəaliyyətinə lisenziyaların verilməsi üçün müraciət edən şəxslər üçün 24-28 sentyabr 2018-ci il tarixlərində attestasiyanın keçirilməsi nəzərdə tutulub.
“Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” Qaydalarının 4.1-ci bəndinə əsasən müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq üçün müraciət edən şəxslər (siyahı əlavə olunur) attestasiyaya dəvət olunurlar.
Attestasiyaya buraxılmaq üçün şəxsiyyət vəsiqəsi təqdim edilməlidir.