Azərbaycanın sığorta bazarının liderlərindən biri olan “Atəşgah” Sığorta Şirkəti 2017-ci ilin son altı ayı ərzində səfər sığortası üzrə ödənişlərini açıqlayıb. FED.az xəbər verir ki, 2017-ci ilin iyul-dekabr ayları üzrə ödənilmiş səyahət sığortasının ümumi məbləği 36, 287 AZN təşkil edib.
2017-ci ilin son altı ayı ərzində “Atəşgah” Sığorta Şirkəti tərəfindən ödənilən ən yüksək məbləğli səfər sığortası 12, 717 AZN olub. Həmin ilin avqust ayında Türkiyə Respublikasında səfərdə olan, sığorta olunan şəxs səhhətində yaranan şikayətlər səbəbindən stasionar müalicə alıb, lakin tibbi xidmətlərə baxmayaraq vəfat edib. Sığortalının müalicə və cənazəsinin Azərbaycana gətirilməsi üzrə bütün xərclər “Atəşgah” SŞ tərəfindən qarşılanıb.
Səyahət sığortasına - 36 MİN ÖDƏNİŞ
11:47
22 Fev 2018