FED.az xəbər verir ki, "Azərbaycan Sənaye Sığorta" ASC işçi axtarır.
Vakansiyanın adı: Tibbi Sığorta üzrə Ekspert
Namizədə aid tələblər:
• AliTibbi təhsil;
• İş təcrübəsi 2 il (sığorta sahəsində arzuolunandır);
• Microsoft Office;
• Türk dili yaxşı, Rus dili yaxşı, İngilis dili bilməsi üstünlükdür;
• Ünsiyyətçil;
• Analiz etmə, dəyərləndirmə bacarıqları;
• Dürüst və dəqiq olmalı;
• Kollektivdə işləmək qabiliyyəti olmalı.
İş haqqında məlumat:
• Koordinatorlar müştərilərlə telefon görüşməsi etmə zamanı Müştəri Xidmətləri Şöbəsi tərəfindən yönləndirilən narazılıqların və problemlərin (tibbi baxımından mübahisəli) araşdırılmasında iştirak etmək;
• Müştəri Xidmətləri tərəfindən yönləndirilən tibbi və müəssisələrin xidməti ilə bağlı problemlərə rəy vermək;
• Tibb müəssisələrindən gələn xidmətlərin uyğunluğunu yoxlamaq, sistemə daxil etmək üçün uyğun formaya gətirmək və ekspertiza olunmadan sistemə daxil etmək;
• Tibbi müəssisələr üzrə göndərilən reyestr əsasında tibbi yoxlanış, göstərilən xidmət, təyin olunan diaqnozlar barəsində incələmələr aparmaq və sonda ödəmə ilə əlaqədar rəy vermək;
• Tibb müəssisəsində ekspertizanı bitirib və razılaşmanı əldə edib birbaşa rəhbərə göndərmək, sistemə işləyərək rəhbərinə təsdiqə göndərmək və aktı hazırlamaq;
• Dərman reseptlərinin tibb müəssisələrinə paylaşdırmaq və uçotunu aparmaq və s.
• İş yeri: Azərbaycan Sənaye Sığorta ASC;
• İş vaxtı: Həftədə 5 gün, 09:00-18:00, 13:00-14:00 nahar vaxtı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini 31.09.2018-ci il tarixinədək [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Tibbi Sığorta Ekspert”) qeyd olunmalıdır) göndərə bilərlər.