“Günay Sığorta” ASC-nin İdarə Heyətinin sədri vəzifəsini icra etmiş Kənan Əskərovun işdən ayrılmasının səbəbi məlum olub.
Şirkətin Direktorlar Şurası sədrinin müşaviri Fuad Sadıqov FED.az saytına açıqlamasında bildirib ki, K.Əskərovun işdən ayrılmasının səbəbi kimi kimi yeni iş təklifi olub. "Yeni iş təklifi ilə bağlı K.Əskərov işindən uzaqlaşacağı ilə bağlı rəhbərliyə öz xahişi əsasında müraciət edib və nəticədə səhmdarın qərarı ilə təklifə müsbət qərar verilib".
F.Sadıqov hazırda şirkətin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti olaraq Gülnarə Cavadova icra etdiyini və yaxın gələcəkdə şirkətə yeni sədr təyin ediləcəyi halda mətbuata məlumat veriləcəyini bildirib.
Sədr əvəzinin işdən ayrılmasının - SƏBƏBİ
14:42
26 Fev 2019