Xəbər verdiyimiz kimi, "AXA MBASK" sığorta şirkətinin sahibi dəyişir. Elxan Qəribli AXA Qrupun Azərbaycandakı törəmə şirkətinin 100% səhmlərini almaq haqqında Qrup ilə razılığa gəlib.
FED.az xəbər verir ki, satış prosesi yekunlaşandan sonra sığorta şirkətinin adı dəyişəcək. Belə ki, şirkət Azərbaycan bazarında əvvəlki "MBASK" adı ilə təmsil olunacaq.
Qeyd edək ki, sığorta şirkəti 1992-ci ildən 2010-cu ilə kimi "MBASK" adlanıb. 2010-cu ildə isə "AXA Qrup"un şirkətin səhmlərinin 51%-ni alması ilə "AXA MBASK" adı altında fəaliyyətini davam etdirib.