“Atəşgah Sığorta” Şirkətinin Direktorlar Şurasında dəyişiklik olub.
Eləcə də bax: Eldar Cəfərov 433 milyonluq holdinqə rəhbər - TƏYİN EDİLDİ
FED.az xəbər verir ki, “Atəşgah Sığorta” Şirkətinin İdarə Heyətinin sədri Azər Əliyev bildirib ki, Direktorlar Şurasının üzvləri Vaqif Əliyev və Vladimr Solovyov şirkətdən ayrılıb. Onları bu vəzifədə Namiq Xəlilov və Yekaterina Şebarova əvəzləyib.
Qeyd edək ki, Namiq Xəlilov uzun illər Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi vəzifəsində işləyib. 2016-ci ildə isə nazir Samir Şərifov Namiq Xəlilovu özünə müşavir təyin etmişdi. (Apa)