Azərbaycanda sağalmaz xəstəliklərdən könüllü sığorta üzrə yığımlar artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, 2024-cü ilin yanvar ayında bu növ sığorta üzrə yığımlar 193 min manat təşkil edib.
Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 88 min manat və ya 83,7% çoxdur.
2023-ci ilin yanvar ayında bu göstərici 105 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta üzrə ödənişlər olmayıb.
Ötən ilin eyni dövründə də sığorta ödənişləri edilməmişdi.