Azərbaycanda sağalmaz xəstəliklərdən könüllü sığorta üzrə yığımlar və ödənişlərin həcmi məlum olub.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-may aylarında bu növ sığorta üzrə yığımlar 1 milyon 939 min manat təşkil edib.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 25 min manat və ya 2,1 dəfə çoxdur.
2023-ci ilin yanvar-may aylarında bu göstərici 914 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 92 min manat təşkil edib ki, Əvvəlki ilin eyni dövründə sığorta ödənişləri edilməmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 5% təşkil edib.