“Ata Sığorta” ASC-nin rəhbərliyinə yeni təyinat olub.
Eləcə də bax: Bağlanan bankın direktoru “Rabitəbank”a - TƏYİNAT ALDI
FED.az Banker.az-a istinadən xəbər verir ki, “Ata Sığorta”nın Direktorlar Şurasına Dəyanət Quliyev sədr seçilib.
D.Quliyev 2020-ci ilin əvvəlinə qədər bağlanan “Ata Bank” ASC-nin İdarə Heyətinin sədri idi. O, sığorta şirkətinin Direktorlar Şurasına cari ilin martında müstəqil üzv kimi gəlib.
Bu günə qədər isə sığorta şirkətinin Direktorlar Şurası sədri Adıgözəl Ağayev idi.
“Ata Sığorta” – 2004-cü ildə təsis edilib və 14.6 mln. manat səhm kapitalına sahibdir. Səhmdarı yeganə olaraq “AtaHoldinq” MMC-dir.