Rusiyada avtomobillərin icbari sığortasının zərərindən əziyyət çəkən sığorta şirkətləri vəziyyəti düzəltmək üçün yeni imkan əldə ediblər.
Eləcə də bax: Rusiyanın beynəlxalq ehtiyatları həftə ərzində - 10,5 MLRD. DOLLAR AZALIB
FED.az xəbər verir ki, icbari sığorta haqqında qanuna edilən dəyişikliyə əsasən bu sığorta haqqı yeni üsulla hesablanacaq. Belə ki, sığorta şirkətlərinə icazə verilib ki, öz risklərini azaltmaq üçün bəzi risk faktorlarını nəzərə alsınlar və sığorta haqqına bəzi əmsallar tətbiq etsinlər.
Hansı risklərə diqqət yetiriləcəyi şirkətlərin ixtiyarına buraxılıb. Məsələn, bəzi şirkətlər sığorta haqqını maşının marka və modelinə bağlayacaq, bir sıra şirkətlər isə sürücülərə təklif edəcəklər ki, sığorta haqqını azaltmaq üçün maşına «datçik»lər, məsələn GPS yerləşdirilsin. Bundan başqa, köhnə və yürüşü böyük avtomobillər üçün sığorta haqqı yüksələ bilər.
Bir sıra şirkətlərdə isə sürücünün ailəli olub-olmaması da sığorta haqqına təsir edəcək. Şirkətlərdən bəziləri isə sürücünün avtomobili idarə etmə manerasını da nəzərə alacaq. Bunun üçün avtomobilə GPS/QLONASS-treker yerləşdiriləcək.
Bu aparatın köməyi ilə bir ay ərzində sürücünən avtomobili necə idarə etdiyi izlənəcək. Məsələn, onun maşını necə sürətləndirdiyi və tormozladığı manevrlərinin kəskinliyi nəzərə alınacaq. Bu araşdırmanın nəticəsi olaraq daha səliqəli sürücülərə endirim ediləcək. Bu üsulla sığorta şirkətləri intizamsız və qəzaya meylli olan sürücülərdən yaxa qurtarmağa çalışırlar.
Rusiya Mərkəzi Bankı bildirir ki, dəyişikliklər icbari sığortanı bahalaşdırmayacaq. Amma ekspertlər hesab edir ki, ucuzlaşma da olmayacaq və dəyişiklik daha çox artıma səbəb olacaq.