Sentyabrın 2-də, saat 11:00-da "Rəvan Sığorta" ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
FED.az bu barədə "Report"a istinadən xəbər verir.
Eləcə də bax:“Rabitəbank”a yeni şöbə müdiri - TƏYİN OLUNUB
Məlumata görə, yığıncaq şirkətin Bakı şəhəri, Nərimanov rayonu, Fətəli Xan Xoyski prospekti, 40 ünvanında yerləşən baş ofisində olacaq.
Yığıncağın gündəliyinə Surxay Əhmədovun “Rəvan Sığorta” ASC-nin Direktorlar Şurasına üzv seçilməsi və Şuranın sədri təyin edilməsi məsələsi daxildir. O, bu vəzifədə Emin Abbasovu əvəz edəcək.