“Qala Sığorta” və “Qala Həyat” şirkəti “6 dekabr – Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü” ilə bağlı könüllü sığorta məhsulları üzrə xüsusi kampaniyaya start verib.
FED.az xəbər verir ki, kampaniyanın şərtlərinə görə, rabitə sahəsində çalışan bütün şəxslər, eləcə də onların ailə üzvləri “Qala Həyat” və Qala Sığorta”nın könüllü sığorta məhsullarına 20%-dək güzəşt imkanı əldə edirlər.
Eləcə də bax:“Qala Sığorta”nın yığım portfeli kəskin artıb – 10 AYLIQ HESABAT
“Qala Sığorta” və ya “Qala Həyat” şirkətinin yaratdığı bu fürsətdən yararlanmaq istəyən şəxslər ofisə yaxınlaşa, həmçinin (012) 377 10 10, (012) 404 77 44 və ya 1540 qısa nömrəsinə zəng edə bilərlər.
Qeyd edək ki, kampaniya 20 dekabr 2019-cu il tarixinədək qüvvədədir.
“Qala Sığorta” və “Qala Həyat” şirkətinin kollektivi fürsətdən istifadə edərək rabitə sahəsində çalışan bütün işçiləri təbrik edir, onlara işlərində uğurlar arzulayır