Katastrofik risklər içərisində ən mühüm yer alan zəlzələ riski bütün ölkələr üçün vacibdir. O cümlədən bizim Azərbaycan dövləti üçün də bu risklərin qiymətləndirilməsi və bunun bir təminat altına alınması çox vacibdir.
"Son 15 ildə baş verən təbii fəlakətlər əhaliyə 1 milyard manata yaxın ziyan vurub"
FED.az xəbər verir ki, bunu “Katastrofik risklərə qarşı dayanıqlı maliyyə sistemi” konfransında çıxışı zamanı Azərbaycan Mərkəzi Bankının baş direktoru Ziya Əliyev deyib.
O bildirib ki, ölkəmizdə daşınmaz əmlakın icbari sığortası mövcuddur. Bu sığorta sinifinin təminat verdiyi risklərdən biri də təbii fəlakətlərdən yaranan risklərdir. AMB sığorta sahəsində nəzarət orqanı kimi tənzimləyici orqan kimi də bu risklərin düzgün ölçülməsində və onun doğru tənzimlənməsində çox böyük layihələr həyata keçirir. Bu layihələrdən biri də məhz Azərbaycanda zəlzələ risklərinin düzgün modelləşdirilməsidir.
Bildiyimiz kimi zəlzələ risklərinin idarə olunmasında qardaş Türkiyənin böyük təcrübəsi var. Orda bir şirkət var, hansı ki zəlzələ risklərinin modelləşməsi ilə məşğul olur. Biz artıq həmin şirkətlə və Turkiyə Reşunas şirkəti ilə bu sahədə əməkdaşlığa başlamışıq. Bu layihənin məqsdədi katastrofik risklərin, eləcəd ə zəlzəıə risklərinin düzgün qiymətləndirilməsi, düzgün ölçülməsi və onun doğru şəkildə tənzimləməsi çərçivəsinin inkişaf etdirilməsidir. Bu layihə digər dövlət qurumları ilə işləməyimizi tələb edir. Çünkü zəlzələ risklərinin qiymətləndirilməsi üçün zəlzələ ocaqlarında aktivliyin düzgün ölçülməsi lazımdır.
Eyni zamanda da Azərbaycandan həm yaşayış, həm də qeyri-yaşayış tikililərini həmin ehtimal olunan zəlzələrdə nə qədər dayanaqlı olmasının qiymətləndirilməsi vacibdir. Bu məqsədlə də layihə çərçivəsində müvafiq dövlət orqanları ilə işləyəcəyik. Yeni sığorta məhsulunun yaradılmasında məqsəd katastrofik risklərin düzgün ölçülməsidir.
"Türkiyədə əməkdaşlıq etdiyimiz şirkətin Türkiyədə baş verən zəlzələ ilə bağlı təxminlərinin dəqiq olduğunu gördük. Biz də həmin təcrübəni Azərbaycanda tətbiq etmək üçün həmin şirkətlə əməkdaşlıq edirik. Risklərin doğru qiymətləndirilməsi üçün doğru məlumat mənbələrinə çıxışımız olmaldıır. Buna görə də dövlət qurumları ilə əməkdaşlıq edəcəyik. Etibarlı məlumat mənbələri dövlət qurumlarındadır. Ona göerə də layihə çərçivəsində dövlət qurumları ilə sıx əməkdaşlıq vacibdir" -deyə baş direktor qeyd edib.
"Zəlzələ risklərinin tənzimlənməsi üçün AMB tərəfindən bir neçə ay öncə yeni tənzimləmə gətirilib. Bu tənzimləməyə görə hər bir sığorta şirkəti katastrofik riskdən irəli gələn ehtimal olunan maksimum zərəri müəyyən etməldiir. Bu ölçməni aparmaq üçün də bu modelə ehtiyac var. Hazırda bu model olmadığından digər təkrarsığorta şirkətlərinin təcrübələrinə əsaslanan modellərdən istifadə olunur. Amma bu model həmin risklərin daha dəqiq ölçülməsində bizə kömək edəcək. Hər bir sığorta şirkəti ehtimal olunan qiyməti müəyyən etdikdən sonra tənzimləmə tələbinə görə həmin zərərin kapitalını 20%-ə qədərini özündə saxlaya bilər, qalan hissəsini isə təkrarsığortaya ötürməlidir. Eyni zamanda katastrofik risklərin özlərində saxlayır sığortaçılar, bu risklərə görə də əlavə texniki sığorta ehtiyatlarınln yaradılmasl tələbi müəyyən edilib." - deyə Ziya Əliyev əlavə edib.