2021-ci ilin yanvar-iyun ayları ərzində Yaşıl Kart Sistemi çərçivəsində 100 yol nəqliyyat hadisəsinə görə 258 696,47 manat sığorta ödənişi həyata keçirilib.
Eləcə də bax: Altı ayda "Yaşıl Kart" Sistemi çərçivəsində 1,2 mln. manat - Sığorta Haqqı Toplanıb
İcbari Sığorta Bürosundan FED.az-a verilən məlumata görə, ödənişlərin həcmi illik müqayisədə 48,1%, hadisələrin sayı isə 48,2% azalıb.
Qeyd edək ki, hadisələrin önəmli hissəsi 2020 və 2021-ci ilin ilk 6 ayında Rusiya və Türkiyə Respublikasında baş verib.
Ölkələr üzrə hadisələrin sayı və sığorta ödənişləri (manatla):
| Ölkələr | Yanvar-iyun, 2021 | Yanvar-iyun, 2020 | ||
| Hadisə sayı | Sığorta ödənişi | Hadisə sayı | Sığorta ödənişi | |
| Rusiya | 49 | 123 118,22 | 141 | 325 628,17 | 
| Türkiyə | 44 | 112 213,09 | 47 | 157 813,92 | 
| Digər | 7 | 23 365,16 | 5 | 14 910,92 | 
| Cəmi | 100 | 258 696,47 | 193 | 498 353,01 | 
Ölkələr və nəqliyyat vasitəsi növləri üzrə hadisələrin sayı:
| Ölkələr NV növü | Yanvar-İyun, 2021 | Yanvar-İyun, 2020 | ||||||
| Yük | Minik | Avtobus | Cəmi | Yük | Minik | Avtobus | Cəmi | |
| Rusiya | 38 | 11 | - | 49 | 78 | 61 | 2 | 141 | 
| Türkiyə | 32 | 12 | - | 44 | 32 | 15 | - | 47 | 
| Digər | 6 | 1 | - | 7 | 5 | - | - | 5 | 
Qeyd edək ki, 2020-2021-ci illərin ilk 6 aylıq dövrünə əsasən xarici ölkələrdə baş vermiş hadisələr üzrə zərərlilik nisbətləri ciddi fərqlilik göstərir. İSB-nin məlumatına görə, 2020-ci ilin ilk yarısında toplanan sığorta haqlarının 47%-i həcmində sığorta ödənişi verilib, 2021-ci ilin müvafiq dövründə isə bu nisbət 21% olaraq ortaya çıxıb. Zərərlilik nisbətinin azalmasının əsas səbəbi Yaşıl Kart müqaviləsi əldə edən yük avtomobillərinin sayının artması və minik avtomobillərinin sayının azalması ilə bağlıdır.





 
                            
                            
                        
 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








